Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:27

«Türkiyə ilə biz fərqli dillərdə danışırıq»


Edward Nalbandian
Edward Nalbandian
Edward Nalbandian, Ermənistanın xarici işlər naziri (“The Wall Street Journal”)

Ötən il intensiv danışıqlardan sonra oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyə razılığa gəldilər və iki ölkənin xarici işlər nazirləri diplomatik əlaqələrin yaradılması, sərhədlərin açılması və ikitərəfli əlaqələrin inkişafı haqqında protokolları imzaladılar.

Prezident Serj Sarkisyan Türkiyə ilə münasibətlərin normallaşması təşəbbüsü ilə çıxış edəndə iki ölkə arasında əlaqələr dalana dirənmiş vəziyyətdə idi. Biz Ermənistan tərəfi gələcəyə baxırıq və düşünürdük ki, gələcək nəsillər sülh və təhlükəsizlik şəraitində yaşamalıdırlar.

Ermənistanın bu təşəbbüsü Türkiyənin prezidenti tərəfindən müsbət qarşılandı. Bizi də uzunmüddətli dostluq münasibətlərinin yaranmasına səy göstərməyə həvəsləndirdi.

Bununla bağlı bizim mövqeyimiz hamıya məlumdur. Biz hər hansı ilkin şərt olmadan əlaqələrin normallaşmasının tərəfdarıyıq. Bizim bu yanaşma Türkiyə ilə danışıqların başlamasının əsas prinsipi olub. Biz bu anlayışla da başladıq, prosesi apardıq və razılığa gəldik.

TÜRKİYƏ ƏLDƏ OLUNMUŞ RAZILIQDAN GERİ ÇƏKİLDİ

Prosesin başlanmasından indiyə qədər bizim bu yanaşmamızı bütün beynəlxalq ictimaiyyət - isveçrəli vasitəçilərdən tutmuş BMT-nin baş katibi, ATƏT, Avropa Birliyi, ABŞ, Rusiya, Fransa və digər ölkələr də bu anlayışı doğru qəbul etdilər. Təəssüf ki, Türkiyə əldə olunmuş bu razılıqdan geri çəkildi. Yalnız protokolların ratifikasiyasını dayandırmadı, həm də yenidən ilkin şərtlər dili ilə danışmağa başladı. Görünür ki, biz indi fərqli dillərdə danışırıq.

Türkiyə rəhbərləri iddia edirlər ki, onlar “pacta sunt servanda” (müqavilələrə əməl olunmalıdır) prinsipinə hörmət edirlər. Digər tərəfdən isə Sürixdə imzalanan protokolların ratifikasiya edilməsi və həyata keçirilməsinə əngəl olurlar. Bu nə deməkdir? Onlar iddia edirlər ki, heç bir ilkin şərtləri yoxdur. Ancaq eyni zamanda da tələb edirlər ki, ratifikasiyadan əvvəl bu və ya digər məsələni Ermənistan həyata keçirsin. Məgər bu ilkin şərt demək deyil?

Türkiyə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqələndirməyə çalışır. Onlar bir tərəfdən deyirlər ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqlarında vasitəçi kimi iştirak etmək istəmirlər. Lakin Ermənistanla Azərbaycanın həll yolu ilə bağlı dil tapmasını istəyirlər.

TÜRKİYƏNİN CƏHDLƏRİ QARABAĞ DANIŞIQLARINA MƏNFİ TƏSİR GÖSTƏRİR

Türkiyənin Qarabağ prosesinə istənilən müdaxilə etmək cəhdi və yaxud Ermənistanla münasibətlərin normallaşmasını Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlamaq cəhdi hər iki prosesə - həm normallaşma prosesinə, həm də Dağlıq Qarabağ danışıqlarına mənfi təsir göstərir. Bunu bütün böyük dövlətlər, beynəlxalq ictimaiyyət bir neçə dəfə bəyan edib. Bütün beynəlxalq ictimaiyyət bir dildə danışır, Türkiyə tərəfi isə başqa bir dildə.

Türkiyə Sürixdə imzalanan protokolların ratifikasiya edilməsi və həyata keçirilməsinə əngəl olur
Türkiyə tələb edir ki, regiondakı bütün problemlər birdən həll olunsun. Əlbəttə, çox gözəl cümlədir. Ancaq nə qədər realdır? Bu, sadəcə ritorikadır, söz yığnağıdır.

Türkiyə ikiüzlülük edərək normallaşma prosesindən özünün belə bir əsassız arqumentini pərdələmək üçün istifadə edir. Bu arqument də ondan ibarətdir ki, guya erməni soyqırımı ilə bağlı müxtəlif ölkələrdə qəbul edilən qətnamələr normallaşma prosesinə xələl gətirə bilər. Prosesin lap əvvəlindən biz həm türkiyəli tərəfdaşlarımıza, həm də bütün ictimaiyyətə açıq-aşkar bildirdik ki, Ermənistan heç vaxt erməni soyqırımı məsələsini və onun beynəlxalq aləmdə tanınmasının vacibliyi məsələsini şübhə altına almayacaq.

PARADOKS ODUR Kİ...

Baxmayaraq ki, Türkiyə 95 ildir ki, erməni soyqırımını inkar edir. Ermənistan tərəfi münasibətlərin normallaşmasının ilkin şərti kimi Türkiyədən bunu tanımağı tələb etmir. Paradoks ondadır ki. Türkiyə özü bu məsələni birbaşa və dolayısı ilə manipulyasiya etməyə çalışıb və onu ilkin şərtə çevirir.

Normallaşma prosesinə Ermənistan başlayıb və onun uğur qazanması üçün əlindən gələni əsirgəməyib. Ancaq Türkiyə tərəfi prosesi dalana dirəyəndən sonra Ermənistan da məcbur olur ki, ratifikasiya prosesini dayandırsın. Bununla belə, yenə də Ermənistan normallaşma prosesinin içində qalır və bu mövqeyi də dünya liderləri anlayışla qarşılayırlar.

Ermənistanla Türkiyə arasındakı danışıqlar protokolların imzalanması ilə yekunlaşıb. İndi nə iki ölkə arasında “səssiz diplomatiya”, nə də Sürixin ikinci bir mövsümü var, yaxud da hər hansı bir danışıqlar gedir.

Qalan iş protokolları ratifikasiya etmək və ləngimədən onların həyata keçirilməsinə başlamaqdır. Əgər Türkiyə ilkin şərt qoymadan yenidən normallaşma prosesinə qayıtsa, biz də eyni hərəkəti etməyə hazırıq.

İndi bir çox dünya ölkələri bildirirlər ki, top Türkiyə tərəfdədir və Ermənistan özündən asılı olan işləri görüb. Türkiyə verdiyi vədləri yerinə yetirməlidir. Hər kəs öz xoş niyyətini əməlləri ilə sübut etməlidir.

/Məqaləni sayta Kəbiran Dilavərli hazırladı/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG