Bu gün Bakıda beş Xəzəryanı ölkənin XİN ekspertlərinin işgüzar iclası keçirilir. Ekspertlər Xəzərdə təhlükəsizlik haqqında saziş layihəsini müzakirə edirlər.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, bu sənəd artıq ikinci ildir ki, müzakirə olunur və Xəzəryanı ölkələrin təhlükəsizliyi məsələsi üzrə əməkdaşlıq mexanizminin yaradılmasına yönəlib. Onun sözlərinə görə, bu, Xəzəryanı dövlətlərin başçılarının üçüncü sammitində əsas sənəd olacaq.