Nəqliyyat Nazirliyi və “Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti dəmir yolunda qiymətlərin artırılması ilə bağlı hökumətə müraciət edəcək. Bunu jurnalistlərə nəqliyyat naziri Ziya Məmmədov deyib.
O bildirib ki, dəmir yolunda qiymətlərin artırılması həm MDB, həm də dünyada ən aşağı səviyyədədir. Bu isə nəqliyyatın dəmir yolu infrastrukturuna özünün sosial və texniki problemlərini həll etməsində problemlər yaradır.