Avqustun 10-da Belqradda cinsi azlıqların paradını pozmaq istəyən sağçı qüvvələrlə polis arasında baş verən toqquşmada 120 nəfər yaralanıb, 100-ə yaxın adam saxlanılıb.
Sağçılar cinsi azlıqların paradına qarşı 7 minlik nümayiş keçiriblər.
Serbiyadakı sağçı qrupların üzvləri 2001-ci ildə Belqradda keçirilən belə bir paradı dağıtmışdı. O gündən bu yana Belqradda bu cür aksiyalara qadağa qoyulmuşdu.