Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Kuba daha 3 siyasi məhbusu azad edir


Kubanın hakim dairələri daha 3 siyasi məhbusu azadlığa buraxır.

Bu barədə Havanadakı katolik kilsəsinin nümayəndələri xəbər verirlər.

Azad olunduqdan sonra onların İspaniyaya gedəcəkləri gözlənilir.

Kubanın hakim dairələri iyulda 52 siyasi məhbusun bir neçə ay ərzində azad edilməsinə razılıq verib.

Onlardan 16-sı hələ də həbsdədir.
Onlar 2003-cü ildə həbs olunublar.

Hüquq müdafiəçilərinin məlumatına görə, hazırda Kuba həbsxanalarında 100-dək dissident var.
XS
SM
MD
LG