Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

MSK sədrindən Müsavat təmsilçisinə təklif


Məzahir Pənahov
Məzahir Pənahov
“Seçki Məcəlləsinə görə, namizədə 9 imza vərəqinin verilməsi daha qanunidir, çünki söhbət 450 imzadan gedir. Amma bu məsələ ilə bağlı MSK-nın mövqeyi həmişə belə olub ki, nə qədər vərəq istəyirlər verilsin”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov oktyabrın 10-da keçirilən iclasda belə deyib. İclasda komissiyaya daxil olan müraciətlərə baxılıb.

Müsavat Partiyasını MSK-da təmsil edən Gülağa Aslanlı yenidən “AXCP-Müsavat” seçki blokunun namizədlərinə əlavə imza vərəqlərinin verilməməsi məsələsini qaldırıb.

GÜLAĞA ASLANLININ ETİRAZI VƏ MƏZAHİR PƏNAHOVUN TƏKLİFİ

Komissiyanın iclasında həmçinin bəzi dairələrdə namizədlərə, imza vermiş seçicilərə təzyiqlərin olmasına dair müraciətlərə də baxılıb. Əksər müraciətlər araşdırılmaq üçün dairə seçki komissiyalarına göndərilib.

Gülağa Aslanlı DSK sədrlərindən olan şikayətlərin araşdırılmaq üçün yenidən DSK-lara göndərilməsinə də etiraz edib. Məzahir Pənahov bu iradla da razılaşmayıb:

“Bizdə DSK-dan olan şikayətin araşdırılmaq üçün DSK-ya göndərilməsi təcrübəsi heç vaxt olmayıb. Bizə gələn şikayətlərin 90 faizi ümumi məzmundadır. Əslində, bu cür ümumi müraciətlər heç qəbul olunmamalıdır.

Gülağa Aslanlı
O ki qaldı MSK-nın araşdırmalı olduğu şikayətlərə, mən Gülağa Aslanlıya təklif edirəm ki, onu ezamiyyətə göndərək, gedib bu cür şikayəti yerində araşdırsın, gəlib məruzə etsin”.

HƏSƏN KƏRİMOVUN MÜRACİƏTİ VƏ DSK-NIN İZAHATI

İclasda “AXCP-Müsavat” seçki blokunun 29 saylı Səbail seçki dairəsindən vahid namizədi Həsən Kərimovun da müraciətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul olunub.

Həsən Kərimov müraciətdə bildirib ki, 19 saylı Mənzil İstismar Sahəsinin işçiləri və polis seçki prosesinə qanunsuz müdaxilə edir, ona imza verən şəxslərə təzyiq göstərirlər ki, imzalarını geri götürsünlər.

Məsələ ilə bağlı araşdırma aparan DSK-nın izahatında isə deyilir ki, təzyiq göstərildiyi bildirilən şəxslərin izahatları alınıb və onlar aldandıqlarını, başqa namizədlərin adları hallandırılmaqla Həsən Kərimov üçün imzalarının alındığını bildiriblər.

MSK-nın məlumatına görə, oktyabrın 10-dək artıq 1115 namizəd imza vərəqini geri qaytarıb. Onlardan 504 nəfərinin namizədliyi qeydə alınıb.

Dairə çərçivəsində müşahidə aparmaq üçün isə MSK-ya 5017 müraciət daxil olub. Onlardan 1185-i öz təşəbbüsü ilə, 3249-u siyasi partiya və ya bloklar tərəfindən irəli sürülüb və bütün müraciətlər təmin olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG