Keçid linkləri

2026, 16 May, şənbə, Bakı vaxtı 21:26

Belqradda polislə cinsi azlıqlara qarşı çıxanlar toqquşub

Belqradda cinsi azlıqların paradını pozmaq istəyən sağçı qüvvələrlə polis arasında toqquşma olub.

Ondan çox adamın yaralandığı, azı 1 polis maşınının yandırıldığı və bir neçə nəfərin saxlandığı xəbər verilir.

İnsan haqlarının qorunması Serbiyanın Avropa birliyinə qoşulmasında əsas şərtlərdən biridir.

Dünən Belqradda cinsi azlıqların paradına qarşı 7 minlik nümayiş keçirilib.

Serbiyadakı sağçı qurupların üzvləri 2001-ci ildə Belqradda keçirilən belə bir paradı dağıtmışdı.

O gündən bu yana Belqradda bu cür aksiyalara qadağa qoyulmuşdu.
XS
SM
MD
LG