Parlament seçkiləri yaxınlaşdıqca bloqlarda siyasiləşmə meylləri özünü büruzə verir. Bir qrup aktiv bloqçu öz namizədliyini irəli sürüb, digərləri isə seçkiləri daha yaxından izləməyə başlayıb. Başlayaq!
İŞSİZ ADAYLAR...
Parlament seçkilərinə qoşulan namizədlərdən bloqçu Natiq Cəfərli yazır ki, seçkilərə qatılanların 1/4-i işsizdir. Bloqçu sual edir ki, bəs hökumətin 900 min iş yeri açması ilə bağlı dedikləri necə oldu?
“Bu gün imza vərəqələrinin təhvil verilməsinin son günü idi. Bu günəcən 1480 vətəndaş imza vərəqələri götürüb və onlar haqqında məlumat MSK-nın saytında yerləşdirilib. Maraqlıdır ki, bunlardan 359 nəfəri işsiz kimi qeyd olunub, təxminən 100 nəfər isə ictimai işlərdə, partiyalarda işlədiklərini göstəriblər. Belə çıxır ki, onlar da işsizdirlər. Beləliklə, aday olmağa hazırlaşan insanların, təxmini, 25%-i işsizdir. Hökumətin dediyinə görə, ölkədə son illər 900 min iş yeri açılıb, əgər belədirsə, bu qədər işsiz namizəd haradan çıxdı? Nə deyirsiz bu məsələyə? Aday olmaq istəyənlər, adətən, aktiv insanlar olur, bu qədər aktiv insan işsizdirsə, hökumətin 900 min iş yeri ilə bağlı açıqlamaları, yumşaq desək, şübhə doğurur”.
BU XALQ HEÇ 5 İL ƏVVƏLKİ XALQ DA DEYİL
“Namizədlərin irəli sürülməsi və qeydiyyatı mərhələsində müşahidə etdiyim xeyli çatışmazlıqlar var”. Bunu yazan bloqçu Anar Məmmədlidir. O hesab edir ki, gələn ay keçiriləcək parlament seçkilərinə qarşı cəmiyyətdə etinasızlıq hökm sürür:
“Bu problem özünə güvənən namizədlərin işini xeyli çətinləşdirir; seçki günü namizədlər seçicini nəinki özünə səs verməyə, hətta səsvermədə iştiraka belə razı salmalıdırlar. Xalqımız çox dəyişib, xalqı tanımaq olmur...Bu xalq nə 1998-ci ildəki, nə 2000-ci, nə də 2003-cü ildəki xalqa oxşayır. Bu xalq heç 5 il əvvəlki xalq da deyil. Vəziyyət olduqca ağırdır!
İkinci rahatsızlıq seçkiyə qatılan bəzi namizədlərin hüquqi-texniki hazırlığı ilə bağlıdır. Təəssüf ki, bəzi dostlarımız seçkidə baş verə biləcək pozuntular yaxud onlara yaradılacaq məhdudiyyətlərə öncədən hazırlaşmayıblar. Məncə, hər seçki öncəsi nəzərə almalıyıq ki, biz Estoniyada deyil, Azərbaycanda yaşayırıq. Və bu ölkədə yalnız seçkilər dövründə deyil, elə seçkilərarası dövrdə də hər gün onlarla insanın haqqı tapdalanır. Dostlar, əvvəlki seçkilərin təcrübələrini daha dərindən öyrənmək gərəkdir...”.
“QARA PİAR”IN BUMERANQ EFFEKTİ
Rüfət Əhməd yazır ki, hakimiyyətin ənənəvi “qara piar” texnologiyaları “bumeranq effekti” verə bilər:
“Artıq 15-ə yaxın müxalifətçinin namizədliyi müəyyən bəhanələr gətirilərək qeydə alınmayıb. Digər tərəfdən isə, Bəybala Əbilin plakatlarının vaxtından öncə yapışdırılması artıq müxalifətçi namizədlərə qarşı “qara piar” kampaniyasından xəbər verir. 31 saylı dairədə də əsəblər gərilmiş vəziyyətdədir. Baxmayaraq ki, namizədlər arasında müxalifət nümayəndələri çoxdur, iqtidar Əhəd Abıyev və Hafiz Hacıyev kimi “söyüş maşınları”nı bu dairəyə səfərbər etməkdədir.
Məqsəd isə, təbii ki, Əli Kərimliyə qarşı növbəti “qara piar” kampaniyasının təşkilidir. Lakin bu tip köhnə texnologiyanın artıq narazı xalq tərəfindən həzm edilmədiyini unudan plan müəllifləri bir şeyi də nəzərdən qaçırırlar ki, Əli Kərimliyə qarşı yönəldilən istənilən “hücum” onun lehinə işləyə bilər və nəticədə, YAP hakimiyyəti istər daxili, istərsə də xarici ictimaiyyətin qınağını qazanmış olar.
Baxmayaraq ki, müxalifət namizədlərinin imza vərəqələri “yüksək dəqiqlik”lə yoxlanılır və xeyli “qüsur”lar tapılır, bir nəfər də olsa YAP və YAP meylli müxalifətçilərin namizədlərindən səhv tuta bilməyiblər”.
ANS SEÇKİYƏ AĞIR ARTİLLERİYASINI ÇIXARIR
Vəfa Cəfərova yazır:
“ANS-i ağılla başa düşmək mümkün deyil. Gah deyirlər ki, bizi seçkilər maraqlandırmır, bizim Qarabağ kimi problemimiz var. Bu tərəfdənsə ANS-in işçiləri bir-bir deputatxanaya namizədliklərini partapart verirlər. Dünən Günəbaxan Turan, buğün Böyük Seva. Özü də bu xanım namizədliyini Əli Kərimlinin dairəsindən verir.
Deputatlığa namizəd xanım nə az, nə çox ANS-ÇM Yayım və Media Şirkətinin baş direktorudur. ANS-də Böyük Seva adı ilə tanınan Sevda Həsənova namizədliyini özü irəli sürdüyünü etiraf edir. Sanki bir daha bu işdə Mir Şahinin heç bir rolunun olmadığını dönə–dönə qeyd edir.
Adam qalır mat-məəttəl. Burda iki variant var: Ya ANS–in işçiləri Qənirə Paşayevanın son 4 ildəki uğurundan ilhamlanıb müdriyyətin Qarabağdan başqa dünyavi işlərə qarışmırıq bəyanatını qulaq ardına verir, ya da hakimiyyət milyonuncu dəfə ANS–dən demokratiyanın imitasiyası prosesində istifadə edir…”.
POLŞA SƏFİRLİYİNİN SURƏTİ VƏ SÜRƏTİ
Deffektiv xarici ölkə səfirliklərinin Azərbaycan dilində yazarkən buraxdıqları səhvlərdən narazılıq edir:
“Bakıdakı xarici səfirliklərin saytlarında Azərbaycan dili versiyası ya heç yoxdur, ya da bu vəziyyətdədir: Bu, Polşa səfirliyinin saytıdır, burada “İnformation (Azərbaycan dilində)” hissəsini açsanız, qarşınıza səhvlər seyrəngahı çıxacaq. Bu seyrəngahın ən ətirli səhvi “surət” sözü ilə “sürət” sözünün fərqini bilməmək nəticəsində ortalığa çıxmışdır: “şəxsiyyət vəsiqəsinin sürəti” (olmalıdır surəti), “kserosürət” (olmalıdır: kserosurət) və s. bu kimi onlarla səhv.
O dəqiqə bilirsən, bunu Azərbaycan dilini bilməyən, duymayan, Azərbaycan dilində bir dənə kitabça belə, oxumamış adam yazıb, onun səhvini tutacaq bir nəfər isə olmayıb səfirlikdə və yoxdur”.
YEVLAXDA ƏXLAQSIZLIQ KAFELƏRİ
Gülarə Əhmədzadə yazır ki, bu yaxınlarda Yevlaxa gedibmiş və orda gördüklərindən dəhşətə gəlib. Bloqçunun iddiasına görə, məşhur və istifadəçilərin geniş istismarına verilən kafelərin adı altında başqa-başqa işlərlə məşğul olurlar:
“Ağ Ev. Ən məşhuru buradır. Maraqlı adı olsa da siyasətə, Amerikaya, Vaşinqtona dəxlisi yoxdur. Yevlaxa çatmamış Yevlax kəndi sayılan Yuxarı Qarx kəndində yerləşir. Polis patrulunun yanında. Təsəvvür edirsiz? Burda polisin xəbəri yoxdur deməyə adamın dili dönmür. Burda da cavan qızlar xidmət göstərir. Qiymətlər 20 AZN-dən başlayır 30 AZN həndəvərində “kruq” edir.
Malbinəsi. Bura dəlixanadır, lakin əsgərlərin cənnət məkanıdır. Çünki hərbi hissə ilə üzbəüzdür. Qarabağ kanalının yanında...”.
REGİONLARDA İNTERNET
Şəkidən yazan bloqçu ümid edir ki, nə vaxtsa bloquna evdən ADSL sürətli internet vasitəsi ilə rahat yaza biləcək. Bloqçu regionlarda internetin vəziyyətini araşdırıb:
“Aztelekom” – Şəkidə ilk dəfə ADSL xidmətini göstərən provayder. “Aztelekom”un indiki vəziyyəti isə həqiqətən ağırdır. Pul qazanmaq istəyirlər, lakin xərcləmək yox. Sürət yaxşıdır. Ancaq limitdə olan 48 istifadəçidən kimsə “Aztelekom”un ADSL xidmətindən istifadə etmək istəyəndə, aldığı cavab belə olur: “Hələ ki yer yoxdur. Ya başqa provayder seçin ya da gözləyin yer boşalsın”.
“Data Plus” – “Sürətli İnternet” xidməti göstərən ikinci provayder. Boşuna dırnaq içində yazmadım, bu provayder istifadəçilərə artıq sinir gərginliyindən başqa bir xidmət göstərmir. Müntəzəm olaraq internetlə əlaqədar problemləri olur bu provayderin.
“AvirTel” — Məsləhət görülən yeganə provayder. Ancaq bu provayderində qiymətləri istifadəçilərin maddi vəziyətinə uyğun deyil. Qiymətlər həddindən çox bahadır…
“Dial-Up” – Əlimizdə olan ən sərfəli olan internet =) …Maksimum sürət 45.5. Bu da heç kimə sərf etmir. Belə baxanda artıq dünyada çox nadir yerlərdə “Dial-Up”dan istifadə edirlər. Artıq notebook və kompyuterlərin üstündə “Dial-Up” modem olmur…
Regionlarda internetin zəif olmasının başlıca səbəbi isə regionlarda MONOPOLİYA olmasıdır. Konret olaraq regionlarda “Aztelekom” var və regionda xidmət göstərmək istəyən provayderlər üçün səddir...”.
BLOQ YAZAN MƏŞHURLAR
Jalə Nəcəfova bloq yazan məşhurlar haqda məlumat toplayıb. Məlum olub ki, Hollivud aktyorlarından Alek Bolduin, Benn Afflek, Pamela Anderson, tennisçi Anna Kurnikova, Britni Spirs və digər tanınmışlar da bloq yazırmış:
“İlk qarşıma çıxan isə Alek Bolduinin bloqu oldu. O, ABŞ-ın ən çox oxunan Huffingtonpost İnternet qəzetində hər mövzuda bloq yazır: iqtisadiyyat, siyasət, öz sahəsində və s. Bu internet qəzetdə o ən çox izləyənləri olan bloggerlər arasında 6-ci yerdədir...Məşhurların bloqunda sevmədiyim şey o oldu ki, onların öz şəxsi bloqları var, lakin onların bloqunda özləri yox başqa biri yazır. Məsələn, Britni Spirsin bloqunda onun fəaliyyəti haqqında yazan o özü deyil. Bloq şəxsi olduğu üçün məncə bu düz deyil. Çünki, fəaliyyətin haqqında başqa biri yazırsa, bunun üçün ayrıca bloq səhifəsi yox saytın özündə də yazmaq olar və ya bu bloqu haqqında yazılan adamın bloqu adlandırmaq olmaz”.