Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Oktyabrda Əfqanıstanda 16 NATO əsgəri ölüb


Əfqanıstanda 4 İtaliya əsgəri həlak olub, biri isə yaralanıb.

Onların maşını Fərəh əyalətində yoldan ötərkən partlayıcı qurğu işə salınıb.

İtaliya müdafiə nazirliyinin məlumatına görə, əsgərlər Gülüstan vadisindən tapşırıqdan qayıdırmışlar.

Təkcə oktyabrda Əfqanıstanda 16 NATO əsgəri həlak olub.
XS
SM
MD
LG