Qazaxıstanla Azərbaycan arasında transxəzər marşrutunun texniki iqtisadi əsaslandırmasını hazırlayacaq birgə şirkətin yaradılması barədə danışıqlar aparılır.
Bu barədə APA agentliyi Qazaxıstanın neft və qaz naziri Sauat Mınbayevə istinadla xəbər verir.
Qazaxıstan neftinin ixracının artımasının mümkünlüyündən danışan nazir qeyd edib ki, Qazaxıstan “Kaşağan” yatağının ikinci fazası çərçivəsində öz neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqlində maraqlıdır.
Nazirin sözlərinə görə, Qazaxıstan 2018-2020-ci illərində BTC-ə qoşulmaq, həmçinin öz neftini Qara dəniz limanlarına çatdırmağı planlaşdırır.
Qeyd edək ki, hələ ötən il BTC -lə neft nəql edən Qazaxıstan bu il və gələn il üçün müəyyən səbəblərdən kəmərdən imtina edib.
Qeyd edək ki, bu yaxınlarda Türkmənistan da BTC-ə qoşulub.