Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:45

Azərbaycanın neft ehtiyatları azalsa...


Hətta 20-30 ildən sonra Azərbaycanın neft ehtiyatları azalarsa, regiondakı neft hesabına o boşluğu doldurmaq olacaq
Hətta 20-30 ildən sonra Azərbaycanın neft ehtiyatları azalarsa, regiondakı neft hesabına o boşluğu doldurmaq olacaq
«Azərbaycan qazını necə nəql etmək haqqında narahat olmalıdır, Nabuccoya aid digər mənbələr haqqında yox. Mənə elə gəlir ki, Xəzər dənizindən çıxarılan qazın nəql edilməsi üçün necə marşrut seçilməsinə ABŞ əks mövqedən yanaşmır. Əksinə, Amerika elə bir siyasət aparır ki, qazın Qərbə doğru nəqlini həvəsləndirsin».

Vaşinqtonda Strateji Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramı üzrə ekspert Edvard Çou (Edward Chow), «Nabucco» layihəsinə münasibətində belə deyib.

Edvard Çou Azərbaycana 2 il ayrılıqdan sonra ABŞ səfirliyinin dəvəti ilə gəlib. Onun səfərinin məqsədi qaz və neft sferasında bəzi beynəlxalq perspektivlərə və dəyişikliklərə toxunmaqdır.

Cənab Çounun sözlərinə görə, Amerikanın «Nabucco»ya münasibəti sabit qalıb:

«İndiki və bundan əvvəlki hakimiyyət «Cənub dəhlizi»ni, yəni regiondan neftin Qərbə doğru göndərilməsini dəstəkləyirlər. Ola bilsin ki, indiki administrasiya bunu əvvəlki kimi qüvvətlə vurğulamır. Yəni mahiyyət etibarı ilə münasibət eyni qalıb, sadəcə ifadə tərzi dəyişilib. Əsas məqsəd neftin Türkiyədən Qərbə doğru göndərilməsinin iqtisadi-sərfəli yolunu tapmaqdır».

Enerji məsələləri üzrə ekspert deyir ki, ABŞ idxal olunan neftin Amerikaya çatıb çatmamasından asılı olmayaraq beynəlxalq bazarda neft - qazın daha çox mövcud olmasının tərəfdarıdır, baxmayaraq ki, ABŞ dünyada ən böyük neft idxalçısıdır.

Azərbaycanın «Cənub dəhlizi»ndəki roluna toxunan Edvard Çou bildirdi ki, Azərbaycanın həm böyük miqdarda neft ehtiyatlarının ixracatçısı kimi, həm də Qazaxıstandan gələn neftin nəql olunmasında tranzit ölkə kimi əhəmiyyəti var.

«Eləcə də, xüsusi olaraq, «Şahdəniz» yatağında qaz ehtiyatlarının idarə olunmasını düzgün planlaşdırılmasından sonra, uzunmüddətli olaraq şərqdən - Dağıstan tərəfdən qaz nəql olunmasında da böyük əhəmiyyət kəsb edə bilər. «Bakı-Supsa», «Bakı-Tbilisi-Ceyhan» və bu kimi kəmərlərin işə salınması nəinki Azərbaycan üçün, eləcə də bu region üçün mühümdür. Hətta 20-30 ildən sonra Azərbaycanın neft ehtiyatları azalarsa, regiondakı neft hesabına o boşluğu doldurmaq olacaq».

Sentyabrın 14-də Bakıda Rumıniya və Gürcüstan prezidentləri «Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector» (AGRİ) layihəsinə dair bəyannamə imzalayıblar. Bəzi yerli iqtisadçılar bunu Nabucco layihəsinə alternativ hesab edirlər.

AGRİ-nın çox vacib layihə olduğunu vurğulayan cənab Çou ümid edir ki, bu tip məsələlər gələn il artıq müzakirə olunmağa başlayacaq:

«Məsələn, biz gördük ki «Nabucco»nun bir layihə kimi formalaşması vaxt tələb etdi. Bu baxımdan deyə bilərəm ki AGRİ daha çox uzun müddətli layihədir. Mən isə layihənin yaxşı işlədiyinə əmin olmaq üçün qısamüddətli layihələrin keçirilməsinin tərəfdarıyam. Məsələn, qabaqkı layihələr az miqdarda olsa da, nəqlə şərait yaradırdısa, dərhal «BTC»na keçməyə ehtiyac yox idi. Amma elə ki dəhliz yarandı, artıq böyük təşkilatlar cəlb etmək mümkün idi. «BTC»-dənsə, bu cür kiçik layihələr üçün maliyyə tapmaq daha asandır. Əgər sən «Bakı-Supsa»nı qurmadan «BTC»-dən başlayırsansa, ya gərək cəsarətli, ya da ki, çox varlı olasan».

Edvard Çou BP İlə ARDNŞ-ın imzaladığı yeni «Şəfəq-Asiman» qaz müqaviləsinə də münasibətini bildirdi:

«Yataqların axtarılması və nəql edilməsi tamamilə ayrı-ayrı işdir. Fərq ondadır ki, insanlar qaz və ya neft axtarışı üçün riskə gedirlər. Əgər sən şanslısansa, çox gəlir əldə edəcəksən. Əgər nəqliyyatdan da bu qədər gəlir gəlsəydi, insanlar bunda da riskə gedərdilər. Amma bütün dünyada nəqletmədən alınan gəlir bir o qədər də yüksək deyil. Ona görə də insanlar nəqliyyatda macəraya meylli deyil».

Edvard Çou neft sənayesində 30 illik təcrübəsi olan beynəlxalq ekspertdir. O, Asiyada, Orta Şərqdə, Afrikada, Cənubi Amerikada, Avropa və SSRİ-də çalışıb. Edvard Çou 2.6 mld ABŞ dolları dəyərində olan neft kəmərinin Qazaxıstandan Xəzər dənizilə Rusiyanın Qara dənizi sahillərinə qədər çəkilməsi kimi beynəlxalq layihədə başlıca rol oynayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG