Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:58

İcra hakimiyyəti mitinqlə bağlı müxalifətə mənfi cavab verib


Bakı Şəhər icra hakimiyyəti AXCP ilə Müsavat partiyasının oktyabrın 10-da birgə mitinq keçirmək müraciətinə mənfi cavab verib. Müsavat başqanının müavini Tofiq Yaqublunun Azadlıqradiosuna verdiyi məlumata görə, onlara verilən cavabda şəhər icra hakimiyyəti indiki halda, təbliğat kampaniyası başlamadan aksiya keçirməyin məqsədəuyğun olmadığını bildirib.

Meriyadan cavab gəlməzdən əvvəl isə hər iki partiya mitinqin təxirə salınması barədə qərar qəbul edib. Tofiq Yaqublu bildirir ki, onlar bu ərəfədə “AXCP-Müsavat” seçki blokundan namizədliyini irəli sürənlərə qarşı təzyiqlərin artdığını, onlara müxtəlif problemlər yaradıldığını nəzərə alaraq aksiyanı təxirə salıb.

Hər iki partiyada hesab edirlər ki, mitinqdən blokun qeydiyyatını ləğv etmək üçün bəhanə kimi istifadə oluna bilər. Ona görə də mitinqi təşviqat kampaniyası başlanan dövrə - oktyabrın 17-nə təyin edilib.

XS
SM
MD
LG