Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Saatlıda müxalifətçilər aksiya keçirməyə qərar veriblər


Saatlı müxalifətçiləri seçki pozuntusuna etiraz olaraq rayon icra hakimiyyəti qarşısında aksiya keçirməyə qərar veriblər. Bu Barədə AzadlıqRadiosuna AXCP-nin Saatlı rayon təşkilatının sədri Şamil Hacıbəyli məlumat verib. Dediyinə görə, artıq aksiya ilə bağlı rayon icra hakimiyyətinə rəsmi müraciət də edilib.

Şamil Hacıbəylinin sözlərinə görə, «AXCP-Müsavat» Seçki Blokunun vahid namizədi, bitərəf Ənnağı Hacıbəylinin imza toplanma kampaniyasını problemsiz başa çatdırsalar da, imzalar 62 saylı Saatlı Seçki Dairəsinə (DSK) təqdim ediləndən sonra onlara təzyiqlər başlanılıb. Elə aksiyanı keçirməkdə məqsəd də təzyiqlərə son qoyulması ilə bağlıdır.

Şamil Hacıbəyli deyir ki, onlar imzaların təzyiq altında yığılmasında ittiham olunurlar.

Sözü gedən dairədən indiyə qədər üç nəfərin, prezidentin əmisi, milli məclisin deputatı Cəlal Əliyevin, Saatlının Qazanbatan kəndinin müəllimi Malik Cavadovun və «Azəraqrartikinti» ASC Saatlı «Aqrartikinti» filialının rəisi Bəybala Əkbərovun namizədliyi qeydə alınıb.
XS
SM
MD
LG