Keçid linkləri

2026, 06 Mart, Cümə, Bakı vaxtı 01:03

ABŞ Pakistandan üzr istəyib

Əfqanıstandakı NATO qüvvələrinə yük daşıyan 40 maşına hücum olub. Pakistanın Kvetta şəhərinin yaxınlığında yanacaqla dolu 20 sistern yandırılıb, bir qədər sonra analoji hadisə Pakistanın şimal-qərbində də təkrarlanıb.

Bu hücumlardan əvvəl ABŞ sentyabrın 30-da hava hücumu zamanı öldürülən pakistanlı hərbçilərə görə üzr istəyib. Amerika qüvvələrinin Əfqanıstanla həmsərhəd bölgəyə raket zərbəsi endirilməsi azı 2 pakistanlı hərbçinin ölümü ilə nəticələnib. Vaşinqton amerikalı hərbçilərin səhvən hücum etdiklərini bildirib.
XS
SM
MD
LG