Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 22:14

ATƏT-in missiyasının marşurutu Xankəndində müəyyənləşəcək


“ATƏT-in fakt-araşdırıcı missiyasının Dağlıq Qarabağ ətrafındakı rayonlara səfəri və hərəkət marşrutu Xankəndində müəyyənləşdiriləcək”.

APA-nın məlumatına görə, bunu Ermənistana yola düşməzdən əvvəl Naxçıvanda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib.

Fasie bildirib ki, Ermənistan rəsmiləri ilə görüşlərdən sonra nümayəndə heyəti Xankəndinə gedəcək və hər şey nəzərdə tutulduğu kimi getsə və hava şəraiti imkan verərsə, missiya fəaliyyətini oktyabrın 13-də yekunlaşdıracaq.
XS
SM
MD
LG