Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:47

«Xəzər Lənkəran»ın stadionu su altında qaldı


"Yağış belə davam etsə, evlərdə yaşamaq çətin olacaq"
"Yağış belə davam etsə, evlərdə yaşamaq çətin olacaq"
Oktyabrın 4-5-də aramsız yağan leysan yağışları cənub bölgəsində problemlər yaradıb. Sel suları ən çox Lənkəran və Astara rayonlarının ərazilərində özünü göstərib. Lənkərançay daşaraq Sütəmurdov, Yuxarı Nüvədi və Rvo kəndlərinin çaya yaxın ərazilərini basıb.

“Xəzər Lənkəran” futbol klubunun stadionu da su altında qalıb.

Azərbaycan-İran sərhədi boyunca uzanan Astaraçay da daşıb. Nəticədə Rüdəkənar, Məscidməhəllə, Qapıçıməhəllə kəndlərinin ərazilərində yerləşən 30-dan çox evi su basıb. Rüdəkənar kənd sakini Namiq Abdullayevin dediyinə görə, yağış belə davam etsə, evlərdə yaşamaq çətin olacaq.

Astara rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, əhali xəbərdarlıq edilib və problemin həlli istiqamətdə tədbirlər görülür.

Bu ilin sentyabr ayının 13-də yağan leysan yağışları ölkənin cənub bölgəsində təsərrüfatlara xeyli ziyan vurmuşdu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG