Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:16

Ən yaşlı namizəd deputat Cəlal Əliyevdir


Parlament seçkilərində iştirak edən ən cavan namizədin 25, ən yaşlı namizədin isə 82 yaşı var. Ən gənc namizəd Masallı kənd seçki dairəsindən irəli sürülüb. Ümumiyyətlə 7 noyabr seçkisinə qatılanlar arasında 25 yaşlı 7 namizəd var.

«Mediaforum»un məlumatına görə, ən yaşlı namizəd isə deputat Cəlal Əliyevdir. Onun 82 yaşı var. Akademik hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi 62 saylı Saatlı seçki dairəsindən seçkiyə qatılıb.

İndiyədək Milli Məclis üzvlüyünə 283 nəfərin namizədliyi qeydə alınıb, bunun 111-i Yeni Azərbaycan Partiyasındandır.

Azərbaycanda parlament seçkiləri 2010-cu il noyabrın 7-nə nəzərdə tutulub.
XS
SM
MD
LG