Keçid linkləri

2026, 22 Aprel, çərşənbə, Bakı vaxtı 09:00

Bakıda xüsusi yəhudi məktəbi açılıb

Oktyabrın 4-də Bakıda Xətai rayonu ərazisində yəhudi məktəbi açılıb. Açılışda prezident İlham Əliyev də iştirak edib.

Məktəbin açılışı üçün müxtəlif ölkələrdən yəhudi liderlər də Bakıya gəliblər. Onların arasında MDB Yəhudiləri Cəmiyyəti Federasiyasının prezidenti Lev Levayev, İsrailin baş ravvini Şlomo Amar və Amerika Yəhudi Konqresinin prezidenti Cek Rozen, Rusiyanın baş ravvini Berl Lazar davar.

Prezident İlham Əliyev bu münasibətlə Bakıda olan yəhudi liderləri qəbul edib.
XS
SM
MD
LG