Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:22

MTN icazəsiz beynəlxalq rabitə xidməti yaradanları ifşa edib


Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumatda deyilir ki, “Azərbaycan vətəndaşı Şeyxov Fərid Fəxrəddin oğlu hazırda şəxsiyyəti istintaqla araşdırılan Rusiya Federasiyasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək xüsusi razılıq-lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti göstəriblər. 2010-cu ilin mart ayında Fərid Şeyxov və başqaları xüsusi texniki vasitələrlə “Azercell Telecom” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa qoşularaq icazəsiz beynəlxalq rabitə xidməti yaradıblar. Onlar xaricdə istehsal olunmuş xüsusi “GSM” texniki avadanlıqlarını əldə edərək 2010-cu ilin mart ayının sonlarında Bakının Nəsimi və Yasamal rayonundakı mənzillərdə quraşdıraraq qanunsuz fəaliyyət göstərməyə başlayıblar.

Müəyyən edilib ki, bu beynəlxalq telefon danışıqları nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 118 min manata yaxın ziyan vurulub”.

Açıqlamada qeyd olunur ki, eyni üsulla törədilmiş başqa bir cinayətin də qarşısı alınıb:

“2010-cu il avqust ayının əvvəlində Türkiyə vətəndaşları - Yılmaz Yakup Bekir oğlu, Mihaliç Harun Hasan oğlu və digərləri “Azercell Telecom” MMC-nin mobil operator şəbəkəsində birtərəfli telefon danışıqları təşkil edən avadanlığa qoşulmaqla əvvəl Yasamal, sonra isə Xətai rayonları ərazisində icazəsiz beynəlxalq rabitə xidməti yaradaraq qanunsuz fəaliyyət göstərməyə başlayıblar.

Bu fəaliyyət nəticəsində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 23 min manatdan artıq ziyan vurulub”.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıqla məşğul olma maddəsi ilə cinayət işi başlanıb. Hazırda Fərid Şeyxov, Yılmaz Yakup və Harun Mihaliç həbsdədirlər.
XS
SM
MD
LG