Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

AXCP-Müsavat seçki blokunun namizədinə imza verənlərə təzyiq göstərilir?


AXCP-Müsavat seçki blokunun namizədinə Ağcabədidə imza toplamağa imkan verilmir. YAP-ın namizədi müxalifətin namizədinə imza verənlərə təzyiq göstərir.

Bunu AzadlıqRadiosuna 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş AXCP-Müsavat blokunun təmsilçisi Rəşid Nəcəfli deyib:

“82 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş YAP təmsilçisi Tahir Rzayev mənim rayonda və kəndlərdəki tanışlarımı yerli təşkilatın sədri ilə birlikdə partiyanın qərərgahına çağırıb qorxudurlar. Deyirlər Rəşid Nəcəflinin namizədliyi onsuz da qeydə alınmayacaq, amma siz ona imza versəniz ziyanını görəcəksiniz. Adamlar da qorxduqlarını birdirirlər”.

Rəşid Nəcəfli deyir ki, Müsavat Partiyasının rayon təşkilat şurası oktyabrın 5-dən bu məsələ ilə bağlı etiraz aksiyaları keçirmək barədə qərar verib.

YAP-ın 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyi irəli sürülmüş təmsilçisi, hazırda Milli Məclisin deputatı olan Tahir Rzayev isə deyilənlərin həqiqət olmadığını bildirir:

“Bunlar əhalidən imza toplaya bilmədikləri üçün belə danışırlar. Adamlar evdə olmayanda onların övladlarından, eləcə də bəzi mobil telefon satışı məntəqələrindən camaatın şəxsiyyət vəsiqələrinin nömrələrini götürüb imza vərəqələrini doldurublar. Sonradan bundan xəbər tutanlar narazılıq edirlər, onlar da deyirlər ki, biz adamları qorxuduruq. O ki, qaldi YAP-ın qərargahında kimlərəsə təzyiq göstərilməsinə, bu da əsassız iddiadır. Mən rayonda olanda bir deputat kimi seçicilərin müraciətlərini dinləmək üçün onları YAP-in qərəgahında qəbul edirəm. Ona görə də qərərgahda otururam və ora gələnlər olur”.
XS
SM
MD
LG