Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:44

Almaniyanın birləşməsindən 20 il ötür


Almaniya bu gün birləşməsinin 20-ci ildönümünü qeyd edir.

Berlin divarının yıxılmasından 11 ay sonra, 1990-cı il oktyabrın 3-də Almaniya Demokratik Respublikası Federativ respublika ilə birləşdi.

Vaşinqton bu münasibətlə Berlinə təbrik məktubu göndərib.

ABŞ prezidenti Barak Obamanın bəyanatında qeyd olunur ki, Almaniya Birləşmiş Ştatların ən etibarlı dostu, yaxın tərəfdaşlarından biridir və Berlin divarının yıxılmasında bu xalq böyük mətinlik göstərdi.

Bu münasibətlə Berlində keçiriləcək mərasimdə ölkə prezidenti Kristian Vulf və kansler Angela Merkelin çıxışı gözlənilir.
XS
SM
MD
LG