Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 21:15

Türkiyənin İzmir şəhərində naməlum şəxslər 3 polis avtomobilini yandırıblar


Türkiyənin İzmir şəhərində 3 polis avtomobili yandırılıb. APA-nın CNN türk-ə istinadən verdiyi məlumata görə, İzmirin Qaziemir rayonunda polis idarəsinə məxsus 3 avtomobilə od vurulub.

Bu gün səhərə yaxın 4:00 radələrində idarənin dayanacağında avtomobillərin yandığını görən yerli sakinlər yanğınsöndürənlərə və polisə məlumat veriblər. Aparılan araşdırmalardan sonra naməlum şəxslərin avtomobillərin üzərinə yanan maddə tökərək yandırdıqları məlum olub.

Faktla bağlı İzmir polisi tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG