Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:55

NATO-nun yanacaq çənlərini yandırdılar


Bir dəstə yaraqlı oktyabrın 1-də Pakistanda NATO-nun yanacaq daşıyan karvanına hücum edib. Karvana raketlərdən atəş açan yaraqlılar azı 27 tanker və yük maşınını yandırıblar.

Hadisə ölkənin cənubunda Şikarpur əyalətində baş verib. Həmin əaylətdə rəsmilər bir gün əvvəl NATO-nun hava hücumları nəticəsində üç Pakistan əsgərinin həlak olmasına etiraz olaraq Əfqanıstana ən böyük keçid məntəqəsini bağlamışdılar. Pakistanın Baş naziri buna görə NATO-nun kompensasiya ödəməli, və ya üzr istəməli olduğunu bildirib.
XS
SM
MD
LG