Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 17:31

Azərbaycanlı idmançılar Yaltada qəzaya düşüb


APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, mikroavtobusun aşması nəticəsində sürücü və 2 idmançı ağır yaralanıb.

Azərbaycanlı pəhləvanlar Yaltaya şərq döyüşü üzrə yarışa qatılmaq üçün gedirmişlər.

Dövlət Avtomobil Müfəttişliyindən verilən məlumata görə, “Mercedes Sprinter” markalı mikroavtobus yoldan çıxaraq bir neçə dəfə çevrilib.

Nəticədə idmançılarımızdan ikisi pəncərədən yerə düşərək yüngül xəsarət alıblar.

Sürücü və mikroavtobusda olan digər 2 idmançı isə ağır yaralanıb.

Yaralılar 6 saylı Simferopol xəstəxanasına çatdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG