Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:55

Müsavat parlamentdə müzakirə olunur


Milli Məclisin sədri Oktay Əsədov Müsavat Partiyasının Mərkəzi Seçki Komissiyasına iki nümayəndənin namizədliyini irəli sürməsi qərarını düzgün hesab etmir. Onun düzgün hesab etmədiyi məqam bu namizədlərin seçkiyə az qalmış irəli sürülməsidir:

«3 ildir deyirdik göndərin, göndərilmirdi. Dünən baxıram ki, göndərilib. Seçkilərə az qalmış göndərilib. Bu, düzgün yanaşma deyil, amma məsələyə baxacağıq».

Millət vəkilləri Siyavuş Novruzov və Fazil Mustafa da spikerin fikirlərinə şərik çıxıblar. Siyavuş Novruzov: «İndiyədək niyə göndərmirdilər? Orda da qarışıqlıq salmaq istəyirlər».

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə deyir ki, Müsavatın bu qərarı MSK-nı aşağılayır. O, Müsavat Partiyasını hökumətlə separat danışıqlara getməkdə günahlandırır.

«Əgər MSK-da Müsavat partiyasına ayrılmış iki yer hələ də boşdursa, onda partiyanın bu günlərdə Milli Məclisə göndərdiyi namizədlər həmin yerə təsdiqlənməlidir».

Bu fikirləri Ümid partiyasının sədri İqbal Ağazadə Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında deyib. İqbal Ağazadəyə görə, seçki məcəlləsi də buna imkan verir.

Müsavatdan namizədliyi irəli sürülənlər Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı və əvvəllər MSK-ya üzv olmuş bitərəf Ənvər Əliyevdir.

Həmin şəxslərlə bağlı qərarın Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında verilməsi gözlənilir.

Müsavat partiyası bütün dairə və məntəqə seçki komissiyalarına da nümayəndə təyin etmək istəyir. Təxminən beş il idi ki Müsavat partiyası MSK-dakı iki boş yerə nümayəndə göndərmirdi.

İndi MSK-dakı 18 yerdən 6-sı hakim partiyanın, 6-sı parlamentdəki bitərəflərin, 6-sı da parlamentdə azlıqda qalan partiyalarındır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG