Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

Əl Qaidə qərbə qarşı yeni terrora hazırlaşırmış


Qərb kəşfiyyatı Əl Qaidənin Bğyük Britaniya, Fransa və Almaniyaya qarşı terror planı hazırladığını deyir.

Planın Pakistanda məskunlaşmış yaraqlılar tərəfindən hazırlandığı təxmin edilir.

Kütləvi informasiya vasitələrinin kəşfiyyata istinadla verdikləri məlumata görə, yaraqlılar 2008-ci ildə Hindistanın Munbay şəhərində olduğu kimi qərbdən olan adamları girov götürmək və onları öldürməyi planlaşdırırmışlar.

Yaraqlılar həmin vaxt Munbayda iki oteli zəbt edərkən 166 adam qətlə yetirilmiş, 300-dən çox adam isə yaralanmışdı.

Ötən çərşənbə axşamı Fransada terror təhlükəsinə görə, Eyfel qülləsindən insanlar müvəqqəti evakuasiya olunub ki, bu son iki həftə ərzində artıq ikinci belə hadisədir.

XS
SM
MD
LG