Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 06:59

Vətəndaşlar büdcəni xərcləyən hökumətlərinə az etibar edirlər


Rəşid Şerif
Rəşid Şerif
Dövlətin büdcəsini xərcləyən hökumətlərə xalqın etibarı azdır. Bu nəticəyə BBC gəlib. Sorğunun nəticələrinə görə vətəndaşlar vergi kimi ödədikləri pulları hökumətlərin düzgün xərclədiyinə inanmırlar. Amma rəyi soruşulanların çoxu həm də hökumətin iqtisadiyyatda rolunun artırılmasını istədiklərini bildirib.
Hökumətlərə pis mesajlar verən bu sorğuya inkişaf etmiş və etməkdə olan 22 ölkədən 22 min adam cəlb edilib.

Nəticələr ölkədə-ölkəyə dəyişir, amma ümumi mənzərə odur ki, vətəndaşlar ödədikləri vergiləri hökumətlərin düzgün xərclədiyinə o qədər də inanmırlar. Kolumbiya və Pakistanda rəyi soruşulanlardan üçdə-ikisi hökumətlərinə bu sahədə inamın az olduğunu deyib. Ən yüksək etibar isə İspaniya hökumətinə olub. Burada sorğuda iştirak edənlərdən cəmi 34 faizi hökumətin büdcəni necə xərcləməsindən bədgümandır.

Sorğu keçirilən ölkələrin əksəriyyətində vətəndaşlar ərzağın qiymətinin aşağı salınması üçün dövlətin bu sahəyə subsidiyalar - yardımlar verməli olduğunu deyiblər. Yalnız almanlar bunun əleyhinə olduqlarını deyiblər.

Ölkələrin bir çoxunda vətəndaşlar hökumətlərinin vergiləri qaldırıb, başqalarından borc almalarındansa, xərclərini azaltmasının, dövlət xərclərini kəsmələrinin daha münasib olduğunu deyiblər. Bu fikirdə olanlar xüsusilə Braziliya, Çin, Almaniya, Fransa və Azərbaycanda daha çoxluq təşkil ediblər.
XS
SM
MD
LG