Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 05:32

Maaşı qaldıranda belə qaldırarlar


Belarus kəndlisi qaz balonu daşıyır
Belarus kəndlisi qaz balonu daşıyır
4-cü dəfə prezident olmaq istəyən Lukaşenko noyabrın 1-dən minimal maaşı 55 faiz artıracağını və ayda 500 dollara çatdıracağını elan edib.

Ancaq Beynəlxalq Valyuta Fondu soruşur ki, Belarus bu əlavə pulu hardan alacaq?
Fondun nümayəndəsi bildirir ki, Belarus tarixində bu ən böyük maaş artımı “2,3 milyard dollar əlavə pul tələb edir. Büdcənin gəlirlərini bu qədər atırmağa Belarusda iqtisadi əsaslar yoxdur”.

Fond xəbərdarlıq edir ki, Belarusun bu populist planı Fondla razılaşmalara ziddir.

Beynəlxalq maliyyə böhranı vaxtı Fond Belarusa 3,5 milyard dollarlıq kredit verib. Ancaq indi Belarus prezidenti Aleksandr Lukaşenko deyir ki, Fondun kreditinə ehtiyac qalmayıb.

Belarus iqtisadiyyatının bu il 7-10 faiz artacağı gözlənilir.
XS
SM
MD
LG