Keçid linkləri

2025, 15 May, Cümə axşamı, Bakı vaxtı 07:48

Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb


Daxili İşlər Nazirliyi məşhur müğənni Faiq Ağayevin bıçaqlanması ilə bağlı növbəti açıqlama yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, Faiq Ağayevi bıçaqlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Onlar əvvəllər məhkum olunmuş Rüfət Məlikovla Seymur Məmmədovdur. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Faiq Ağayev sentyabrın 27-si səhər saatlarında Nəsimi rayonu ərazisində şəxsi avtomobili ilə gedərkən yolda başqa bir maşının sürücüsü və sərnişinləri ilə mübahisəsi düşmüşdü. Həmin maşında olanlar müğənniyə və onun yanında olan iki nəfərə bıçaq xəsarətləri yetirmişdilər.

Klinik Tibbi Mərkəzdən AzadlıqRadiosuna bildiriblər hazırda müalicə olunan müğənninin həyatına ciddi təhlükə yoxdur.

XS
SM
MD
LG