BMT-nin Ərzaq və Kənt Təsərrüfatı təşkilatı Romada dünyada ərzağın qiymətinin bahalaşması ilə bağlı müzakirə keçirib. Ərzaq və Kənt Təsərrüfatı təşkilatı bahalaşmanın bir səbəbini də Rusiyanın taxıl ixracına qoyduğu qadağıyla bağlayır. Onlar narahatdılar ki, iki il əvvəl olduğu kimi, qiymətlər yenə də qalxmaqda davam etsin. Ekspertlər isə hesab edirlər ki, builki məhsul bol olub və belə bir qadağaya ehtiyac yox idi.
Təşkilatın rəsmisi Majid Chaar deyib ki, müzakirələr zamanı şəraiti qiymətləndirənlər «ərzaq böhranı»nın olmadığı qənaətinə gəliblər.
MAAŞLARIN ARTIMI QİYMƏT ARTIMINA UYĞUN DEYİL…
Bakının mərkəzi rayonlarının birində yaşayan təqaüdçü Mürşüd dayı isə uzaq Romada ərzaq bahalaşmasının müzakirəsindən xəbərsiz öz cibiylə yerli bazarın fərqindən danışır. Deyir ki, özü 10 manatlıq artımdan sonra 85 manat təqaüdünün üstünə həyat yoldaşının 95 manatlıq maaşını da qoyub bazara girsə, heç bir həftəlik ərzağı ala bilməz:
- Çox bahaçılıqdı. Özü də meyvə-tərəvəz çox bahalaşıb. Təqaüdü artırandan sonra da düyü, qənd, çay, yağ da qalxıb.
- Bu təqaüd artımı bazardakı qiymət artımına uyğundumu?
- Xeyr.
Mürşüd dayıdan “bəs bu 200 manata yaxın büdcəylə bir ayı necə başa vurursuz” soruşuram. O deyir ki, pulun yarısı kommunal xərclərə gedir, yerdə qalanını da ərzağa verirlər. Hərdənbir yalnız toyuq əti yeyə bilirlər. Səhər şorla-çörək, günorta da qayğanaqla bir təhər günü başa vururlar:
- Geyimdən heç danışma. Geyimə heç pul ayırmırıq. Elə sovet vaxtından nəyimiz var, onu da geyinirik.
ORTA TƏBƏQƏ DƏ QİYMƏTLƏRDƏN «DAD» DÖYÜR
Mürşüd dayı Azərbaycanda özünü yoxsul təbəqədən sayanlardır, amma elə orta təbəqə təmsilçiləri, yəni ayda 400-500 manat maaş alanlar da bu yay heç səngiməyən bahalaşmadan “dad” döyürlər. Elə mağaza satıcıları da deyirlər ki, qiymətlərin qalxması alıcıların sayını seyrəldib. Şəhərin mərkəzindəki mağazaların birinin satıcı Elvin deyir ki, həmişə 15 qəpiyə satdıqları «pirojki»i indi 20 qəpiyə olub. Onun sözlərinə görə, günorta saatlarına qədər artıq satılıb qurtarmış olan «pirojki»yə indi o qədər də meyl edən yoxdur:
- Un qalxıb, ona görə yəqin bunun da qiymətini qaldırıblar. Rusiyadan gələn mallar qalxıb. Yerli malların da qiyməti artıb…
Meyvə-tərəvəz satan Nadir isə təkcə xaricdən gətirilən məhsulun yox, elə yerli məhsulların da qalxdığını deyir:
- Hər şey qalxıb.
- Kartof neçəyədir indi?
- 60 qəpik.
- Bir həftə əvvəl neçə idi?
- 40 qəpik.
PİS İDARƏETMƏ VƏ QITLIQ
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu deyir ki, onlar dörd ildir bazar qiymətlərinin monitorinqini aparırlar. İlk dəfədir ki, bu ilin iyulunda qiymət bahalaşmasını müşahidə ediblər. Onun fikrincə, Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb pis idarəetmə və bunun nəticəsində yaranan qıtlıqdir:
- Aqrar sektorda bizim göstəricilərimiz həm istehsal, həm də məhsuldarlıq üzrə çox aşağıdır. Tərəvəz məhsulları istisna olmaqla, kartofçuluq, meyvəçilik, dənli bitkilərin istehsalı və məhsuldarlıq əvvəlki illərlə müqayisədə aşağı düşüb.
Amma millət vəkili Vahid Əhmədov ölkədəki qiymət bahalaşmasını daha çox xarici amillərlə, Rusiyanın taxıl ixracına qoyduğu qadağayla bağlıyır. Milət vəkili deyir ki, dünya ərzaq qıtlığı problemiylə üzləşib:
- Azərbaycandakı bu qiymət artımının bir səbəbi də dünyada müşahidə olunan qıtlıqdır. O cümlədən, biz Rusiyadan, Avropadan xeyli miqdarda ərzaq idxal edirik. Orda ərzaq bahalaşırsa, deməli, bizdə də qalxacaq.
CUZİ MAAŞ ARTIMINDANSA MONOPLİYALAR YIĞIŞDIRILSIN…
Vahid Əhmədov daxili bazarda bəzi sahibkarların qiymətlərə qəsdən müdaxilə etməsini, amma bu cür halların qarşısının alındığını deyir.
Qubad İbadoğlu isə hesab edir ki, əksinə, Azərbaycandakı qiymət artımının səbəbləri daha çox subyektivdir. Onun fikrincə, sahibkarlardan alınan qeyri-rəsmi ödənişlər, gizli ərzaq dövriyyəsi bazardakı qiymətləri diktə edən amillərdir.
Qiymətlər isə hələ qalxacaq. Bu proqnoz da millət vəkili Vahid Əhmədovdan gəlir.
Təqaüdçü Mürşüd Mürşüdlü isə deyir ki, hökumət təqaüdləri, maaşları çox cüzi artırmaqdansa, daxili bazardakı monopoliyanı aradan qaldırsın.