Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 18:50

Bağdadda partlayış və hücumlar törədilib


Bu gün Bağdadda törədilmiş hücum və partlayışlarda 1adam ölüb, 3 nəfərsə yaralanıb.

Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, şəhərin qərbində naməlum adam maşının pəncərəsindən atəş açaraq Mədəniyyət Nazirliyinin əməkdaşını öldürüb.

Şəhərin şərqində isə minanın partlaması nəticəsində 3 nəfər yaralanıb.

Bağdadın mərkəzi, hökumət binalarının yerləşdiyi xüsusi zonaya isə 2 mərmi düşüb.
Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.
XS
SM
MD
LG