Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Obama Qırğızıstandakı müsbət dəyişiklikləri alqışlayıb


ABŞ prezidenti Barak Obama Qırğızıstan prezidenti Roza Otunbayevanı gələcəkdə etnik zəmində ölkədə baş verə biləcək toqquşmaların qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.

Obama Otunbayeva ilə cümə günü BMT-nin Nyu-Yorkda keçirilən sammiti çərçivəsində görüşüb.

Obama Qırğızıstanda baş verən müsbət dəyişiklikləri, xüsusilə mətbuata tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması, yeni konstitusiya layihəsinin hazırlanması və bu ilin oktyabrına parlament seçkiləri təyin edilməsini alqışlayıb.
XS
SM
MD
LG