Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:01

Hillari Klinton Mahmud Abbasla görüşüb


ABŞ dövlət katibi Hillari Klinton Nyu-Yorkda Fələstin prezidenti Mahmud Abbasla Yaxın Şərq sülh danışıqlarının gedişini müzakirə ediblər.

Sentyabrın 26-da İsrailin İordan çayının qərb sahilində yəhudi qəsəbələrinin tikintisinə qoyduğu qadağa sona yetir.

Fələstin tərəfi dəfələrlə bəyan edib ki, yəhudi qəsəbələrinin tikintisi davam etdirilsə sülh danışıqlarından çıxacaq.

ABŞ dövlət katibinin köməkçisi Cefri Feltman bildirib ki, Vaşinqton İsraili bu qadağanı uzatmağa və eyni zamanda Fələstin tərəfini istənilən halda danışıqları davam etdirməyə çağırır.

Bu gün Mahmud Abbasın BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı gözlənilir.

XS
SM
MD
LG