Keçid linkləri

2025, 08 Fevral, şənbə, Bakı vaxtı 00:56

ABŞ-da qadın edam edilib


Son beş ildə ilk dəfə ABŞ-da Virciniya ştatında qadın edam edilib. 41 yaşlı Tereza Lavisə sentyabrın 24-ü axşam öldürücü iynə vurulub.

O, 2002-ci ildə əri və ögey oğlunun qətlini sifariş verməkdə ittiham edilib. Prokurorlar onun pul və sekslə iki nəfəri ərini və ögey oğlunu öldürməyə razı saldığını bildiriblər.

Virciniyanın Ali Məhkəməsi və qubernatoru onun haqqında ölüm hökmünün ləğv edilməsi barədə müraciətləri rədd ediblər.
Qatillərin özləri isə ömürlük azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG