Keçid linkləri

2025, 09 Fevral, bazar, Bakı vaxtı 18:44

“AXCP-Müsavat” seçki yeddi seçki texnologiyasından istifadə edəcək


“AXCP-Müsavat” seçki bloku təbliğat-təşviqat zamanı yeddi əsas seçki texnologiyasından istifadə edəcək.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Seçki Departamentinin rəhbəri Gülağa Aslanlı məlumat verib.

Gülağa Aslanlı deyir ki, onlar təbliğat-təşviqat kampaniyası zamanı seçicilərlə görüş, qap-qapı gəzib problemləri öyrənmək, seçicilərin bir-bir evinə gedib çay içmə kimi və s. seçki texnologiyalardan istifadə edəcəklər:

“Çay içmə, bu, bir seçki texnologiyasında istifadə olunan termindir. Yəni seçicinin çayını içmədən onun səsinə arxayın olmaq olmaz”.

Gülağa Aslanlı deyir ki, onlar bəzi qənd, un, yağ və s. ərzaq məhsulları paylamaq, yol çəkməyə, körpü tikməyə söz vermək kimi Seçki Məcəlləsinə zidd olan vədlər verməyəcəklər.

“Təbliğat zamanı qapı-qapı kampaniyasında hakim partiya üzvləri ilə rastlaşanda hansı seçki texnologiyasından istifadə olunacaq” sualına gəldikdə, Gülağa Aslanlı deyir ki, onda qapını açıb salam verib uzaqlaşacaqlar:

“Sən yüz faiz bilirsən ki, bu YAP-çıdır və o, partiyanın tapşırığından kənar hərəkət edən deyil. Ona çox vaxt itirmirsən. Qapını açdı salam verirsən deyirsən ki, biz bilirik ki, siz artıq öz seçiminizi etmisiniz”.

Gülağa Aslanlıya görə, seçimini etmiş adamlara öz namizədliyini təbliğ etməyin yeri yoxdur və bu baxımdan da onlar seçki ərəfəsində daha çox seçim etməyən adamlara müraciət edəcəklər.

Gülağa Aslanlının sözlərinə görə, blok seçki şüarlarını və emblemi gələn həftə elan eləməyi planlaşdırır.
XS
SM
MD
LG