Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 03:07

Qəhvə qiymətlərinin təhlükəsi


Son iki ildə dünya bazarlarında qəhvənin qiyməti 2 dəfə artıb

Ekspertlərin fikrincə, bahalaşma bazarda kofeyə tələbatın artması ilə bağlı deyil. Çünki kofe bitkisini becərən fermerlərin gəlirində xüsusi artım qeydə alınmayıb. Onlar hesab edir ki, bahalaşmadan birbaşa qazanc əldə edənlər qəhvə sənayesində marağı olan investor fondlarıdır.

Bu qiymət artımında kimin nə qədər qazandığını demək çətin olsa da, bu qazancın məhz nəyin hesabına yarandığı aydındır. Bu, son məhsulun istehlakçıları, qəhvə içən adı adamlardır ki, indi onlar kafelərdə bu içkinin hər fincanına, və ya evdə dəmlədikləri qəhvənin hər kilosuna daha artıq pul verməli olurlar.

Məsələn, FoodCulutre.dk saytı yazır ki, Danimarka supermarketlərində yarımkiloluq qəhvə kisələrinin qiyməti il ərzində 4 kron (təqribən 58 qəpik edir) artıb. Sayt qeyd edir ki, qəhvənin qiymətlərinin artmasının əsas təhlükəsi ondan ibarətdir ki, başqa sahələrdə də investorlar öz maraqlarını beləcə güdməyə başlayacaq, bu isə digər ərzaq mallarının bahalaşmasına və dünyadakı ticarət balansının pozulmasına gətirəcək.

Dünya iki yerə bölünüb: cay içənlər və qəhvə içənlər. Siz kimlərdənsiz?

HƏMÇİNİN OXU: DÜNYANIN ƏN BAHALI QƏHVƏSİ HEYVAN NƏCİSİNDƏN ÇIXIR
XS
SM
MD
LG