Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:47

Microsoft yavaş-yavaş, amma inamla inkişaf edir


Microsoft son kvartalda öz gəlirini 23 faiz artıqmağa nail olub. Nəticədə onun askiyalarının qiyməti də hər biri 16 sent bahalaşıb.

Eyni zamanda şirkətin idarə şurası 6 milyardlıq borc qərarını təsdiqləyib.

“Biz yeni kapital əldə etməklə və öz aksiyalarımızı silsilə halında geri almaqla aksiya sahibləri qarşısındakı gəlir vədlərimizə sadiq qalırıq. Eyni zamanda bununla şirkətin gələcəyinə, onun uzunmüddətli gəlir mənbəyi imicinə olan etibarı qoruyub saxlayırıq”. – deyə Microsoftun yeni maliyyə direktoru Peter Klein bildirib.

Bloomberg yazır ki, Microsoftun bu addımları onu göstərir ki, şirkət öz qüvvəsinə inanan və maliyyə resurslarından məharətlə istifadə edən bir qurum olaraq qalır.

San-Fransiskoda qərarlaşan Brent Hill saytına əsaəm isə Microsoftun gəlirləri gözlənildiyindən az olsa da, hər halda ötənildəki 2 sentlik artımla müqayisədə böyük uğur sayıla bilər.

Microsoft artım tempində İT sahəsinin Google, Facebook və Twitter kimi aparıcı şirkətlərdən xeyli geri qalsa da, hələ ki, ən samballı şirkət olaraq qalır və özünün böyük potensialı ilə investorları cəlb etməkdədir.

Şirkətin son məhsulu olan Windows 7 operativ sistemi həm texnoloji, həm də kommersiya uğuru qazanaraq dünya mediasının diqqət mərkəzində oldu.

Microsoftun rəhbərliyi yaxın aylarda bazar yeni məhsullar - Windows Phone 7 və İnternet Explorer 9 proqramlarının çıxarılmasını nəzərdə tutur.

Sizin Microsofta münasibətiniz necədir? Bu şirkətin və onun rəqiblərinin məhsullarını necə müqayisə edərdiz? Məsələn, Mozilla, Opera və ya Google Chrome brauzerlərinin müsbət və ya zəif tərəfləri haqda...Yazın

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG