“Azərbaycanın BMT prinsiplərinə zidd hərəkətləri regional təhlükəsizlik və sabitliyə təhlükə yaradır”.
“İnterfax” Agentliyinin məlumatına görə, Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan BMT-dəki sammitdə belə deyib.
Nalbandyan bildirib ki, bu gün biz Azərbaycanın hərbi mövqeyini - hərbi büdcəsini, hərbi ritorika və təxribatını artırmasının şahidiyik, bu isə regionun sabitliyi və təhlükəsizliyinə təhdiddir.
Nazirin sözlərinə görə, Azərbaycan gücdən istifadə etməməklə bağlı razılaşmadan imtinada davam edir. “Bu isə BMT prinsiplərinə ziddir”.
“Biz hələlik minilliyin inkişafı məqsədlərinin yerinə yetirilməsi işində irəliləyişdən danışırıq, hansı ki, beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalıb. Dağlıq Qarabağ xalqı daha yaxşı həyat şəraiti yaratmaq və insan haqlarını müdafiə etmək üçün maksimal səy göstərir. Və bunu beynəlxalq ictimaiyyətin köməyi olmadan edir. Dağlıq Qarabağ müvafiq yardım proqramlarını gözləməkdə davam edir”, - deyə Edvard Nalbandyan bildirib.