Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:43

Prezident Administrasiyasının şöbə müdiri Moskvada görüşlər keçirir


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sentyabrın 20-də Moskvaya gedib. Sentyabrın 21-də o, Rusiya Federasiyasının dövlət hakimiyyəti nümayəndələri ilə silsilə görüşlər keçirməyə və rəsmi danışıqlar aparmağa başlayıb.

AzərTAc-ın məlumatına Əli Həsənov Rusiya Prezident Administrasiyasının Regionlararası və Mədəni Əlaqələr İdarəsinin rəisi Sergey Vinokurovla danışıqlar aparıb. Sergey Vinokurov bu formatda görüşlərin artıq ənənəvi hal almasından çox məmnun olduğunu bildirib: “Mənim üçün çox xoşdur ki, bizim idarələr səviyyəsində, rəhbərlərimizin bizə həvalə etdiyi səlahiyyətlər çərçivəsində sıx qarşılıqlı əlaqə yaradırıq”.

Vinokurov qeyd edib ki, bu qarşılıqlı əlaqələr humanitar münasibətlər, təhsil, mədəniyyət, ictimai fəaliyyət, vətəndaş cəmiyyəti xətti ilə əməkdaşlıq məsələlərinə aiddir. O, bir məqama da diqqəti cəlb edib ki, bu il sentyabrın əvvəlində Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyevin görüşü olub. Sergey Vinokurov əmin olduğunu bildirib ki, həmin görüş dövlətlərarası münasibətlərin inkişafına güclü təkan verib. Rusiya Prezidenti Administrasiyasının rəsmisi deyib: “Biz ölkələrimizin prezidentlərinin tapşırıqları çərçivəsində bundan sonra da əlaqələrimizi artıracaq, qarşılıqlı fəaliyyət göstərəcəyik. Biz dövlətlərimiz arasında strateji münasibətlərin inkişafına töhfəmizi verəcəyimizə əminik”.

Əli Həsənov səmimi qəbula və gündəlikdəki aktual məsələləri ətraflı müzakirə etməyə imkan verən şəraitin yaradılmasına görə Sergey Vinokurova təşəkkür edib: “Dövlətlərimizin başçıları tərəfindən bizə verilmiş səlahiyyətlər çərçivəsində ölkələrimiz arasında ictimai-siyasi, informasiya, mədəni və digər məsələləri müzakirə etməyi vacib sayıram”.

Əli Həsənov Moskvaya səfəri çərçivəsində Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin və Rusiya dövlət hakimiyyətinin digər nümayəndələri ilə görüşlər keçirəcək.
XS
SM
MD
LG