Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Oktyabr, bazar, Bakı vaxtı 03:05

Jurnalistin ölümünü ATƏT-dən də kriminalistlər araşdıracaq




Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının kriminalist mütəxəssisləri Belorus jurnalistin ölümünün araşdırılmasına cəlb olunacaqlar. Belpan agentliyinin məlumatına görə bu təşkilatın iki kriminalisti yaxın vaxtlarda bu hadisəni araşdıran Belorusun hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayacaq.
Müxalifət yönümlü Xatira – 97 adlı internet saytının təsisçisi olan 36 yaşlı Aleh Byabenin sentyabrın 3-də Minsk yaxınlığındakı evində asılmış vəziyyətdə tapılıb. Belorus rəsmiləri əvvəlcə onun intihar etməsi fikrində israr ediblər, amma sonradan onlar jurnalistin qətlə yetirilməsi versiyasının da istisna edilmədiyini bildiriblər.

XS
SM
MD
LG