Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:11

Aksiyalar üçün yeni yerlərin siyahısı hələ ATƏT-in Bakı ofisinə verilməyib



“Bakı Şəhər İcra Hakimiyyəti ilə apardığımız danışıqlarda kütləvi aksiyalar üçün əlavə məkanların düşünülməsinə qərar vermişik”. ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel “Media forum” saytına açıqlamasında belə deyib.
Diplomat bildirib ki, müxalifət partiyaları Bakı icra hakimiyyətinin ayırdığı 11 yerin bəzisindən razıdır: “Bakı Şəhər İcra Hakimiyyəti bizə yeni yerlərin siyahısını təqdim etməyib. Hazırkı yerlər kifayət etməsə, şəhər rəhbərliyi ilə yeni yerlərin ayrılması üçün görüşə biləcəyik. Bununla bağlı razılaşmamız var”.
Cankorel hesab edir ki, ayrılan yerlərin bəzisi sərbəst toplaşmaq azadlığının təmin olunması üçün kifayət edir: “Bəziləri isə yararlı deyil, şəhər mərkəzindən çox uzaqdadır. Sərbəst toplaşmaq azadlığına uyğun yerlər də var, onları sınamağa dəyər”.
Bakı şəhər icra hakimiyyətindən isə AzadlıqRadiosuna bildirmişdilər ki, əvvəldən təklif olunan siyahıya heç bir dəyişiklik edilməyib.
XS
SM
MD
LG