Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:28

«Amerikanın susması bizi Rusiyadakı cinayətlərə şərik edir»


David J. Kramer
David J. Kramer
David J. Kramer

Corc Buş administrasiyasında Dövlət katibinin demokratiya, insan haqları məsələləri üzrə yardımçısı, German Marshall Fondunun əməkdaşı David Kramer “The Washington Post” qəzetinə göndərdiyi məqaləsində Rusiyada insan haqlarının kobud pozulması hallarına Vaşinqtonun ciddi və sərt reaksiya verməli olduğunu yazır.

ALTI HİSSƏDƏN İBARƏT MƏSLƏHƏT


Kramer yazır ki, Rusiyada hətta, ABŞ rəsmiləri ilə görüşüb ölkədə vəziyyəti danışan fəallara ciddi təzyiqlər edilir. Ona görə Kramer Ağ Evə altı hissədən ibarət məsləhət göndərir:

“Birincisi, ABŞ rəsmiləri bəyan etməlidirlər ki, Rusiyanın daxilində demokratiyadan geri çəkilmə Vaşinqtonun Moskvaya dair siyasətində dəyişikliklər edəcək. Bu, Rusiyanın hakim elitasının Qərbdəki maraqlarına da təsir edəcək. Açıq ifadələrlə onlar Rusiyada insan haqları pozuntularını pisləməlidirlər.

İkincisi, siyasi liberallaşma həyata keçirməsə, ABŞ hökuməti iqtisadiyyatın müasirləşdirilməsi prosesində Rusiya liderləri ilə əməkdaşlıqdan imtina etməlidirlər. Bu məsələni daim gündəlikdə saxlayıb qeyd edilməlidir ki, biz hakim elitanın müasirləşdirmə barədə qeyri-səmini planlarında iştirak edib bu işə şəriklik etməyəcəyik.

BU İŞ HEÇ VAXT SURKOVUN İŞTİRAKI İLƏ BAŞLAMAMALI İDİ


Üçüncüsü, tanınmış demokratiya carçısı McFaul Vətəndaş Cəmiyyəti üzrə İşçi Qrupun Rusiyada fəaliyyətini dayandırmalıdır. Bu quruma Rusiyada “suveren demokratiya” konsepsiyasının banisi, Prezident Administrasiyası rəhbərinin birinci müavini Vladislav Surkov həmsədrlik edir. Bu iş heç vaxt Surkovun iştirakı ilə başlamamalı idi.

Dördüncüsü, Dünya Ticarət Təşkilatına üzv olan ölkələr üçün lazım olan bütün normalara tam cavab verməyənə qədər ABŞ Rusiyanın bu təşkilata üzvlüyünü müdafiə etməməlidir. İndiki halda, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyünü qəbul etmək bu təşkilatın prinsiplərini heçə endirir və Rusiyada islahatların aparılmasına kömək etmir.

Beşincisi, ABŞ hökuməti insan haqları pozuntularına göstəriş verən, bu işdə iştirak edən rəsmilərə viza verilməməsini nəzərdən keçirməlidir. Vəkil Sergey Magnistkinin tibbi xidmət göstərilmədiyindən həlak olmasından sonra senator Ben Kardin bu barədə təklilə çıxış etmişdi.

BƏZİ HÖKUMƏTLƏR RUSİYA İLƏ ƏMƏKDAŞLIQ XATİRİNƏ İNSAN HAQLARI POZUNTULARINI GÖRMƏMƏZLİYƏ VURURLAR

Vaşinqton Mixail Xadarkovski, Platon Lebedev kimi iş adamlarının başına gətirilənləri də nəzərə almaqla senatorun bu təklifinə baxmalıdır. Rusiya rəsmilərinə viza verməməklə onların ABŞ-a səfərlərinə, uşaqlarını burada oxutmalarına, pullarını ABŞ banklarında gizlətmələrinə imkan verilməyəndə problemi onlar daha tez həll etməyə çalışacaqlar.

Altıncısı, ABŞ rəsmiləri Avropadakı tərəfdaşları da Rusiya rəsmilərinə qarşı eyni addımların atılmasına inandırmalıdırlar. Bəzi hökumətlər Rusiya ilə əməkdaşlıq xatirinə insan haqları pozuntularını görməməzliyə vururlar. Amma ABŞ-la Avropa Birliyi bu işdə eyni mövqedən çıxış etsə, bunun təsiri daha böyük olardı. Artıq Britaniyada bəzi çevrələrdə Rusiyanın insan haqlarını pozan məmurlarına viza qadağası qoyulması ideyası dolaşır.

Hazırda Rusiyada insan haqları sahəsində vəziyyət olduqca pisdir və 2012-ci ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində vəziyyətin daha gərginləşəcəyi gözlənir.

İndi hakimiyyətdə olanlar öz statuslarını saxlamaq üçün mümkün olan hər şeyi edəcəklər. Rusiyanın gələcəyini ruslar özləri müəyyən edəcəklər, amma Qərb də hazırkı sistemin sonsuza qədər davm etməsi üçün işlər görməməlidir. Artıq ABŞ-ın orada baş verənləri, insan haqları pozuntularının davam etməsini pisləməsinin vaxtıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG