Almaniyanın cənub-qərbində dörd adam öldürülüb və polis ciddi yaralanıb. Polis deyir ki, İcveçrə və Fransa sərhədləri yaxınlığında yerləşən Loerachda yaşayış binasında partlayış və yanğın baş verəndən sonra iki adam ölmüş halda tapılıb.
Almaniya mətbuatı yazır ki, bir qadın qonşuluqdakı xəstəxanaya qaçıb və personalın bir neçə üzvünü öldürüb. Polis həmin qadını öldürüb. Hadisənin detalları hələ ki, məlum deyil.