Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:49

Yazan nə yazar, nə yazmaz?!


ZAUR
(Facebook-da yazır)

“Yaşar nə yaşar, nə yaşamaz”

Əziz Nesin


Həftənin şənbə günü olduğu üçün evdəydim. Səhər də yuxudan bir az gec qalxdım. Notebookumu açıb, internetə qoşulub, gündəlik qəzetləri, ədəbiyyat saytlarından maraqlı yazıları oxumaq istəyirdim.

Ədəbiyyat portallarının birində Ernest Heminqueylə hansısa bir oxucusunun söhbəti dərc olunmuşdu.

Bu yazı məni çəkdi və oxumağa başladım. E.Heminqueyin yazıçı həmkarı Stiven Kreyni haqqında: - O, anadan olandan ölməklə məşğul idi.

Axırda öz arzusuna çatdı, - fikirləri məni düşünməyə vadar etdi.

Gerçəkdən də insan doğulduğu andan özü də bilmədən ölümə doğru addımlayır. Bəzisi köləliklə, bəzisisə xoşbəxt həyat tərzi keçirməklə bu həyatda qurub, yaradır, sondasa, ölüb gedir...

Bu da onun göstəricisidir ki, bu həyatda elə şeylər qurub yaratmalısan ki, özündən sonra səni yaşadanlar olsun.

Mən dəfələrlə bu şüarı səsləndirirəm: - “YARADANLAR ÖLMƏZ!”. Gərək, yaradan olanda da elə dəyərli sənət nümunələri yaradasan ki, onların ömrü uzun olsun və sənin də ömrünü - ruhi ömrünü uzatsın və yaşatsın.

Bu gün müasir Azərbaycan ədəbiyyatında bir çox “yenilikçi” adı altında yazıb, yaradan gənclərimiz var.

Amma onların bəziləri var ki, heç özləri də nə yazdıqlarını, nə üçün yazdıqlarını anlamırlar. Hətta deyə bilərəm ki, artıq bəzilərində “dahilik” iddiası da var.

Qalın – qalın kitablar çap etdirir, bu lazımsız kitabları xalqa sırımaq istəyirlər. Amma sonda həmin kitabları özlərindən və onlara “əl çalanlardan” savayı bir kimsə oxumur.

Belə yaradıcı gəclərimizlə yanaşı, əsl sənət yaradan istedadlı gənclərimiz də az deyildir. Lakin təəssüf hissiylə qeyd etməliyəm ki, bu gün “dahi” gənc yazarlarımız imkan vermirlər ki, əsl sənət ortaya çıxsın və xalq əsl sənətin necə olduğunu görsün.

“İstedadlılar” ağızlarına gələnləri yazmaqla insanların zövqünü də korlayıblar. Bu gün Azərbaycan oxucusu filan qədər pul verib, kitab alıb, oxumaq istəmir.

Çünki orada (Şübhəsiz ki, bu bütün kitablara aid deyil - Z) maraqlı bir şey tapmayacaqlarını bilirlər. Nədir, bütün bunlara səbəb?

Deyim ki, özümüzük. Çünki başımız dolub “geydirmə ədəbiyyat”la. Odur ki, əsl sənət nümunəsi yaradanlara da: - Sən yenilikçi deyilsən. Odur ki, özünü yorub, bu sənətlə məşğul olma, get, başqa bir iş bul, - deyirik.

Çünki artıq “yenilikçilik” adı altında zövqlərimiz korlanıb. Amma bütün bunlara baxmayaraq, mən tarixə inanıram. Zamanında nə İ.Nəsiminin, nə M.Ə.Sabirin, nə də digər əsl sənət nümunəsi yaradan dahilərimizin əsərlərini bəyənmir, onları istedadsızlıqda suçlayırdılar.

Amma vaxt ötdü, artıq bu gün əsl istedad üzdədi. Düşünürəm ki, bizim nəslində əsl istedadlılarının üzə çıxmasında zamana böyük ehtiyac var.

İnanıram ki, zaman keçdikdən sonra (bəlkə onda biz yüz il olacaq ki, bu həyatda olmayacağıq - Z) bu nəslin də əsl istedaadlıları seçilib, üzə çıxacaq və necə ki indi Sovetlər birliyinin zamanında olduğu kimi Sovet hökumətinə, Leninə, kolxoza yazılan kitablar yandırılır, zibilliyə atılır, o zaman da əsl sənət nümunəsi sayılacaq əsərlər seçilib, tarix üçün nəsillərə çatdırılacaq, qalanlarsa, yağlı peraşki yeyiləndən sonra əllərinin yağını silmək üçün yarıyacaqdı...

Amma buna da şükür etmək lazımdı ki, yenə yağlı əli silməyə yarıyacaq, başqa şeyə istifadə olunmayacaq. Olunmayacaq deyirəm, nə bilim, bəlkə də olunacaq...

P.S: Bu yazanlar ki, var ha, o kəslər ki, yazdıqlarını özlərindən savayı kimsə oxumaz, onlar nə yazar, nə yazmaz, fərq etməz. Çünki onları oxuyan yoxdu.

18 Sentyabr 2010
Bakı şəhəri.
Facebook

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG