Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:21

Lijkov istefa vermək fikrində olmadığını deyir


Moskva meri Juriy Lujkov bir daha bəyan edib ki, vaxtından əvvəl istefa vermək fikrində deyil.

O, “ REN-TV” kanalına müsahibəsində həmçinin qeyd edib ki, ölkə rəhbərliyindən belə bir təklif də gözləmir.

Rusiyanın iri televiziya kanalları son vaxtlar Lujkov və həyat yoldaşı Yelenanı tənqid edən süjetlər göstərirlər.

Lujkov bunu ona qarşı yönəlmiş böhtan kampaniyası adlandırıb və bunun yuxarılardan təşkil olunduğunu bildirib, amma konkret ad çəkməyib.

Lujkov həmçinin onu tənqid edən kütləvi informasiya vasitələrini məhkəməyə vermək fikrində olduğunu bildirib.
XS
SM
MD
LG