Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:19

Qərblilər köklükdən əziyyət çəkirlər


Turducken – İlk baxışdan bu yer adı da ola bilər, adam adı da və s. Amma əslində bu qeyri-adi yemək növüdür. Bu yemək bişirilmiş hinduşka içində bişirilmiş ördək, onun da içində bişirilmiş cücədir. Yeməyin adı da elə burdan gəlir, turkey (hinduşka), duck (ördək), chicken və ya hen (cücə). Deyilənə görə, uzaq Amerikada əhali köklükdən əziyyət çəkir. Yəqin bu yemək də az rol oynamayıb.

Bu həftə internetdə ən çox axtarılan sözlər arasında Papa da yer alır. Roma papasına Qərblilər pope deyirlər. Pope sözü latıncada papa, yunancada pappas kimi oxunur və ilkin mənası uşaq dilində ata deməkdir. Papa ümumdünya katolik kilsəsinin rəhbəridir. Papanın bu həftə axtarış reytinqində yer alması yəqin ki, onun 16 sentyabrda İngiltərəyə olan səfəri ilə bağlıdır.

Sağlam düşüncəni bərpa etmək üçün birləşmə
- bu ifadə «google»nin axtarış reytinqlərində yer alır. Tədbirin bu il oktyabrın 30–da Vaşinqtonda yerləşən Milli Meydanda baş tutacağı planlaşdırılır. Tədbirin təklifi Con Stuarddan gəlib. Stuard tədbir haqqında elanı sentyabrın 16-da «The daily show» verilişində verib.

Aksiya ABŞ-da radikal siyasi fikirləri üz-üzə qoymaq məqsədini daşıyır. Stuard iddia edir ki, tədbir prinsipial olaraq siyasətlə maraqlanmayan normal, məşğul ABŞ əhalisini siyasi proseslərdə iştiraka cəlb edəcək.

QƏRBLİLƏR DEYƏSƏN, DOĞRUDAN KÖKLÜKDƏN ƏZİYYƏT ÇƏKİRLƏR

Rei.com
– ABŞ–ın ən böyük alış-veriş saytlarından biridir. Aydın məsələdir, payız gəldisə qış alış-verişi etmək lazımdır. Bunun üçün axtarış reytinqinə görə amerikalıların ən çox müraciət etdikləri yer rei.com saytıdır.

Hər il sentyabrın 17-si Amerikanın Konstitusiya Günü qeyd edilir. Bu il də axtarışa verilən ifadələrdən biri «konstitusiya günü»dür.

Qərblilər deyəsən, doğrudan köklükdən əziyyət çəkirlər. Hər həftə olduğu kimi, bu həftə də ən çox axtarılanlar arasında dieta növləri yer alır. Gluten – Free Food – bu dieta növüdür. Adının böyük səslənməsinə baxmayın, daha çox çovdar və qarabaşaq yeməklərindən ibarətdir. Allah arıqlatsın.

Son illər insanların qorxu filmlərinə marağı azalmır ki, artır. Belə filmlərdən də biri «Paranormal fəaliyyət» filmidir. Film 2007-ci ildə Oren Peli tərəfindən çəkilib. Film yayımından 194 milyon dollar xeyir götürüb və çoxsaylı mükafatlara layiq görülüb. Maraqlansanız məsləhət: Əsəbləri zəif olanlar baxmasın!

Bu həftə ən çox axtarılan isimlər arasında Fransanın prezidenti Nikola Sarkozi, 2005-ci ildən bəri Braziliya dövlət aparatının icraedici dövlət katibi xanım Erenis, çoxsaylı filmləroyunçu adları yer alır.
XS
SM
MD
LG