Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:27

İnternetdə ən maraqlı axtarışlar onluğu


Keçən həftə Avropa və Amerikada insanların maraq dairəsində nələr olub? İnternetdə ən maraqlı axtarışlar onluğunda biləcəksiniz.

Eks prezidentin qızı bankirlə evlənib.

Ötən həftə qərbdə ən çox axtarılan isim Çelsi Klinton olub.

Çelsi Amerikanın eks prezidentdi Bill Klinton və hazırki dövlət katibi Hilari Klintonun qızıdır.

Keçən ayın 31-i Çelsi Klintonla bankir Mark Mevinskinin toyu olub. Qoşa qarısınlar.

Yeddi eks sevgilini dəf etmək…

Bəzən ən çox axtarılanlar arasında kitablar da olur məsələn, “Skot Pilqrim”.

“Skot Pilqrim” Brayn Li O’Malley tərəfindən yazılmış altı cildlik qrafik romandır. Kitab 23 yaşlı Kanadalı Skot Pilqrim adlı oğlan barədədir.

Skot Torontoda yaşayır və “Sex Bob-omb” adlı musiqi qrupunda bas gitara çalır.

O, amerikalı Ramonaya vurulur, amma qızın razılığını almazdan qabaq gərək onun keçmiş yeddi sevgilisini məğlub etsin. Bizdə deyirlər, yiyəsinə qismət.

Sevgi həm də öldürür

Axtarışlar arasında “sevgi paradı” ifadəsi də yer alır. “Sevgi paradı” 1989-cu ildə Almaniyada, Qərbi Berlində yaranmış məşhur elektronik rəqs musiqi festivalı və paraddır.

Parad 1989-cu ildən 2003-cü ilə qədər Berlində, 2006-cı ildən 2010-cu ildə qədər Rurda keçirilib.

24 iyul 2010-cu ildə Sevgi paradı zamanı izdiham nəticəsində 21 nəfər ölüb, 500 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar paradın təşkilatçıları bildiriblər ki, parad uzun müddətli təxirə salınacaq.

İlin bir gününü dostuna həsr et

Çelsi Klintonun toyu
Google axtarışları siyahısında “dostluq günü” də var.

“Dostluq günü” bayramı hər il avqustun ilk bazar günündə qeyd edilir. Dostlara gün həsr etmək ənənəsi 1935-ci ildə ABŞ-da yaranıb.

Bir müddətdən sonra ənənə geniş yayılıb, bu gün bir çox ölkə o cümlədən Hindistan da bu bayramı qeyd edir.

“Dostluq günündə” insanlar dostları ilə vaxt keçirir və onlara sevgisini ifadə edir. Allah mehriban eləsin.

Friqqatriskaidekafobiya

Deyilişi çətin olan bu ifadənin sonluğundan, yəni fobiya sözündən anlaşılır ki, nəsə qorxulu sözdür.

Avqustun 13-ü cümə gününə düşür. Bu bir çox insanların narahatlığına səbəb olub. Elə axtarışlar arasında bu kəlmənin olması da bunu sübut edir.

Friqqatriskaidekafobiya ayın 13-nə düşən cümə günündən qorxmaq deməkdir. Qreqoriyan təqviminə görə belə günlər ildə bir dəfədən üç dəfəyədək ola bilər.

İstənilən ay bazar günü ilə başlayırsa ayın 13-ü cümə gününə düşür. İnsanlar inanırlar ki, bu günlər uğursuz günlərdir.

İflic fotoqraf

Euronews saytının axtarış siyahısında Çak Tomasın da adı var.

Çak Tomas Kloz 1940-cı il iyulun 5-də Vaşinqtonda doğulub.

Amerikalı fotorealist rəssam və fotoqrafdır.

1988 –ci ildə onurğa sümüyü zədə aldıqdan sonra iflic olub amma rəsm çəkməkdə davam edib.

Hələ də muzey işçiləri və kolleksiyaçıların maraq dairəsindədir.

Ayna jurnalı

Bu bizdə çıxan “Zerkalo” qəzeti deyil. Avropalılar ötən həftə Der Spiegel kəlməsini axtarıblar.

Der Spiegel ifadəsinin tərcüməsi “Ayna” deməkdir. Almaniyada - Hamburqda nəşr edilən həftəlik jurnaldır.

Jurnal Avropada ən böyük oxucu kütləsi olan dərgidir və həftəlik dövriyyəsi milyonu keçir.

Film səhvləri

Heç nə ideal deyil. Bəzən Hollivud rejissorlarının çəkdikləri filmlərdə də səhvlər olur.

Film maraqlı olanda səhv oldu olmadı baxırsan. Amma yəqin filmdə səhv axtaranlar da az deyil.

Ramazan

Ötən həftə orucluq ayı girdi. Yəqin qərbdə islama və orucluğa maraq artmağa başlayıb.

Yahoo-nun ən populyar axtarışlar siyahısında Ramadan – Ramazan kəlməsi yer alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG