Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:30

Polşa məhkəməsi Zakayev azad etdi


Polşa məhkəməsi mühacirətdə olan Çeçenistan lideri Ahmed Zakayevi azad edib. Məhkəmə onun Rusiyaya verilməsi barədə tələbləri rədd edib.

Ahmed Zakayev sentyabrın 17-də Varşavada saxlanmışdı. Rusiya onu terroçuluqda ittiham edərək beynəlxalq axtarışa verib. Polşa polisi də İnterpol qarşısında bu öhdəliyini icra etdiyini bildirib.

Amma Ahmed Zakayev 2003-cü ildə Britaniyada yaşayır və bu ölkə ona siyasi sığınacaq verib. Polşaya da Varşava yaxınlığında keçirilən Ümumdünya Çeçen Konqresində iştirak etmək üçün getmişdi.
XS
SM
MD
LG