Azərbaycan ordusunun daha bir əsgəri ölüb. Sentyabrın 16-ı səhər Ağdam rayonunun «N» saylı hərbi hissəsinin əsgəri 19 yaşlı Amil Rəşid oğlu Kərimov silahı boşaldarkən onunla ehtiyatsız davranıb. Nəticədə atəş açılıb və əsgər yoldaşı 19 yaşlı Rufət Zaur oğlu Səmədov aldığı güllə yarasından həlak olub.
Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həlak olan əsgər Qaradağ rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.