Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:52

Sərdar Cəlaloğlunun totalitar rejimlər haqda kitabı çıxıb


“Ümid edirəm ki, dünyanı təhdid edən yeni totalitar gücün yaranmasının qarşısını almaqda, dünyanın demokratik qüvvələrini kompromissiz yol tutacağına bu kitab kiçik də olsa yardım edəcəkdir”.

ADP sədri Sərdar Cəlaloğlu bunu yeni çapdan çıxan “Totalitarizmin metamorfozası” adlı kitabının ön sözündə yazır.

Kitabda demokratik inkişaf yoluyla getməyən, cəmiyyət üzərində total nəzarətə çalışan rejimlərin keçdiyi tarixi yol analiz edilir. Totalitar rejimlərin yeni dövrdə növbəti yüksəlişi təhlil edilir.

“Neototalitarizm klassik totalitarizm qədər və bəzən ondan da təhlükəlidir.

Formalaşma mərhələsində olan totalitar cəmiyyətlər zaman-zaman eyni mövqedən çıxış etməklə və ya eyni birliklərdə birləşməklə yeni siyasi güc kimi çıxış etməyə cəhd edirlər.

Belə birliklər isə öz növbəsində böyük totalitar dövlətlərin yaratdığı təhlükələri doğururlar.

Rusiyanın İranla, Venesuala ilə işbirliyi, Şanxay təşkilatının, MDB və s. kimi totalitar dövlətlərin yaratdığı qurumların yaranması bu istiqamətdəki axtarışların nəticəsi kimi meydana çıxır.

Qeyd etmək lazımdır ki, iri dövlətlərdə neototalitarizm qonşu kiçik dövlətləri, beynəlxalq təhlükəsizliyi, sülhü, bütünlükdə bəşəriyyəti təhdid etdiyindən bir qayda olaraq aktiv müqavimətlə rastlaşırlar, kiçik dövlətlərdə isə neototalitarizm öz vətəndaşlarına və öz xalqlarına təhlükə törətdiyindən çox vaxt lazımi beynəlxalq müqavimətlə qarşılaşmırlar.

Kitabda Azərbaycanın siyasi reallıqları sadəcə nümunə kimi götürülmüşdür.

Burada mən, Azərbaycanda formalaşmış mövcud siyasi sistemin və buna uyğun olaraq bütünlükdə neototalitarizmin mahiyyətini Azərbaycan iqtidarının bu ölkədə həyata keçirdiyi strateji siyasətin paradiqmaları əsasında, struktur-funksional təhlil metodu ilə aşkarlamağa cəhd etmişəm.

Burada təhlil üçün əsas götürülmüş sistemli dəyişikliklər və struktur tərkib hissələri ilə bağlı müxtəlif paradiqmaların bir-biri ilə əlaqəsini öyrənərkən Azərbaycan iqtidarının ideoloqlarından və əsas simalarından biri – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iqtidarın hakimiyyətdə olduğu 15 il ərzində həyata keçirdiyi və gələcəkdə həyata keçirməyi planlaşdırdığı strateji siyasətinə əsas paradiqmalarına həsr etdiyi «Gələcəyin strategiyasını müəyyənləşdirərkən: Modernləşmə xətti» adlı məqaləsinə istinad və bununla yanaşı elmi mənbələrə, siyasi təcrübəyə müraciət edilmişdir".

http://www.qanun.az/?p=850

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG